• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp və Rütte müdafiə xərcləri və Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər

Tramp və Rütte müdafiə xərcləri və Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
26.11.2026 20:43

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte müdafiə xərcləri, silah istehsalı və beynəlxalq vəziyyəti müzakirə ediblər.

Bu barədə Tramp noyabrın 25-də Floridadakı Mar-a-Laqo iqamətgahında Rütte ilə görüşünün yekunlarına dair birgə bəyanatı “Truth Social” sosial şəbəkəsində paylaşaraq bildirib.

Görüşdə əsas müzakirə mövzuları Rusiya-Ukrayna müharibəsi və İrandakı münaqişə olub. Tərəflər həmçinin NATO-nun Haaqa və Ankara sammitlərində ABŞ və alyansın əldə etdiyi nəticələri müzakirə ediblər.

Tramp görüşün məhsuldar olduğunu bildirib. O, Rusiya və Ukraynanın münaqişənin qəsdən və ya qeyri-ixtiyari genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməsinin və münaqişənin mümkün qədər tez sülh yolu ilə həll edilməsinin vacibliyini qeyd edib.

Tərəflər ABŞ və NATO ölkələrinin müdafiə xərcləri, eləcə də müdafiə sənayesinə investisiyalar məsələsini də nəzərdən keçiriblər.

Trampın sözlərinə görə, ABŞ müdafiə şirkətləri 20-dən çox yeni istehsal obyektinin tikintisini həyata keçirir. Əsas diqqət “Patriot” və THAAD sistemlərinin, “Tomahawk” qanadlı raketlərinin, həmçinin yeni hücum və müdafiə silahlarının istehsalına yönəldilib.

Tramp ABŞ-nin hazırda əvvəlkindən daha çox hərbi texnika və sursat istehsal etdiyini və bunun gələcəkdə Vaşinqtonun dünyadakı müttəfiqləri və tərəfdaşlarına əhəmiyyətli fayda verəcəyini bildirib.

Instagram
Перейти
Похожие новости
Похожие новости
Германия предостерегла Украину
В мире 20:42
Германия предостерегла Украину
Президент США заявил о фальсификации экономической статистики перед выборами
В мире 20:24
Президент США заявил о фальсификации экономической статистики перед выборами
Трамп раскрыл основные темы переговоров с генсеком НАТО
В мире 19:01
Трамп раскрыл основные темы переговоров с генсеком НАТО
Два итальянских специалиста погибли при атаке иранских БПЛА в Кувейте
В мире 18:41
Два итальянских специалиста погибли при атаке иранских БПЛА в Кувейте
Оружие КСИР у Сирии
В мире 18:21
Оружие КСИР у Сирии
Внеочередные президентские выборы в Сербии пройдут 27 декабря
В мире 16:07
Внеочередные президентские выборы в Сербии пройдут 27 декабря
Правительство Армении одобрило создание  «Компании развития TRIPP»
В мире 14:00
Правительство Армении одобрило создание «Компании развития TRIPP»
Экс-глава BP в регионе Гэри Джонс стал советником британской Xlinks
В мире 09:26
Экс-глава BP в регионе Гэри Джонс стал советником британской Xlinks
США одобрили продажу Украине оборудования для обслуживания F-16 на $621,9 млн
В мире 00:05
США одобрили продажу Украине оборудования для обслуживания F-16 на $621,9 млн
Anews ТВ

Наш официальный канал на Youtube

Подписаться

Последние новости

Еще новости