• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Ali Məhkəmədən Əli İnsanov açıqlaması: "Çox təəssüf ki..."

Ali Məhkəmədən Əli İnsanov açıqlaması: "Çox təəssüf ki..."
30.11.2013 12:43

"Məhkəmələr tərəfindən bəzi qanun pozuntularına yol verilir". 

APA-nın məlumatına görə, bunu Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin yığıncağında çıxış edən Ali Məhkəmənin Cinayət İşləri Kollegiyasının sədri Şahin Yusifov deyib.

 

Ş.Yusifov bildirib ki, həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı xeyli problemlər var: “Məhkəmələr prokurorluğun həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimatlarını 98 faiz təmin edir. Bizim tələbimiz ondan ibarətdir ki, bu məsələ ilə bağlı beynəlxalq konvensiyanın tələblərinə qanunvericiliyə əməl edilməli və bu problem həll edilməlidir. Ali Məhkəmənin sədri Ramiz Zeynalovun da fikri belədir ki, əgər Avropa Məhkəməsi Azərbaycana qarşı qərar qəbul etsə, həmin işdə pozuntuya yol vermiş hakim gəlib Plenumda izahat verəcək. Əli İnsanovun işində hakim müdafiəçinin əlavə şahidin çağırılıb dindirilməsi barədə vəsatətini təmin etməyib, ona görə də Azərbaycana qarşı qərar qəbul edilib”.

 

Kollegiya sədri qeyd edib ki, məhkəmə həqiqəti müəyyən etməlidir: “İşi obyektiv araşdırmaq lazımdır. Çox təəssüf ki, məhkəmələr əsasən ittiham tərəfinin vəsatətlərini təmin edir. Əgər hansısa hakim müstəqil qərar qəbul edə bilmirsə, ədalətli hökm çıxara bilmirsə, elə öz xoşu ilə hakimlikdən getməlidir”.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 22:43
Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Culfada elektrik enerjisinin verilişində fasilələr olacaq
Cəmiyyət 22:00
Culfada elektrik enerjisinin verilişində fasilələr olacaq
Sumqayıtda yaşayış binasında yanğın olub - Video
Cəmiyyət 20:30
Sumqayıtda yaşayış binasında yanğın olub - Video
Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb
Cəmiyyət 19:40
Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:28
Bu ərazilərdə qaz olmayacaq
Şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
Cəmiyyət 17:17
Şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
Azərbaycan və BƏƏ prezidentləri Şuşada Milli Xalça Muzeyinin filialında olublar
Cəmiyyət 15:38
Azərbaycan və BƏƏ prezidentləri Şuşada Milli Xalça Muzeyinin filialında olublar
Fermerlərə üzüm sahələrinə görə 168 min manatdan çox sığorta ödənişi edilib
Cəmiyyət 15:35
Fermerlərə üzüm sahələrinə görə 168 min manatdan çox sığorta ödənişi edilib
Cəlilabadda məktəblilər arasında mübahisə ölümlə nəticələnib/Yenilənib
Cəmiyyət 15:23
Cəlilabadda məktəblilər arasında mübahisə ölümlə nəticələnib/Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol