• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Avropa çempionatının bugünkü OYUNLARI

Avropa çempionatının bugünkü OYUNLARI
11.06.2016 09:39
Bu gün Avropa çempionatında qrup mərhələsinin daha 3 oyunu keçiriləcək.
 
Apasport.az saytının məlumatına görə, ilk olaraq A qrupunda Albaniya – İsveçrə matçı baş tutacaq.
 
Heyətində "Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də çıxış etdiyi Albaniya millisi qrupun ən zəif bəndi hesab olunsa da, debütant Fransaya heç də turist kimi yollanmadığını sübut etməyə çalışacaq. Əsas favoritin meydan sahibi Fransa olduğu qrupda Rumıniya ilə ikincilik mübarizəsi aparması gözlənilən İsveçrə isə ilk oyunu itkisiz keçərək üstünlüyü ələ keçirmək istəyir.
 
Günün digər iki oyununda isə B qrupunda mübarizə aparan komandalar qarşılaşacaqlar. Əvvəlcə Uelslə Slovakiya münasibətlərinə aydınlıq gətirəcəklər. Final mərhələsində iştirak edən 24 komanda arasında ortabablardan hesab olunan iki komandanın oyunu maraqla gözlənilir. Britaniyalıların heyətində Qaret Beylin, Slovakiyada isə Marek Hamşikin çıxışı nəticədə həlledici ola bilər. Əsasən ikinciliyi hədəfləyən komandalar bunun üçün biri digərini keçməli olacaq.
 
İkinci oyun gününün son görüşündə isə B qrupunun favoriti İngiltərə Rusiyanı sınağa çəkəcək. Roy Hocsonun yetirmələri iddiasını göstərmək üçün Şimal qonşularımızı xalsız qoymalıdır. Turnirin yaş ortalamasına görə ən gənc heyətinə malik olan ingilislər ilk turu itkisiz keçməyi hədəfləyir. Rusiya güclü rəqibi ilə başa-baş mübarizə aparmaq üçün var gücü ilə səy göstərməlidir.
 
Avropa çempionatı
Qrup mərhələsi
11 iyun
 
A qrupu
 
17:00. Albaniya – İsveçrə
Baş hakim: Karlos Velasko Karbalyo
Lans. "Bollerts-Delelis” stadionu
 
B qrupu
 
20:00. Uels – Slovakiya
Baş hakim: Sven Oddvar Moen
 
23:00. İngiltərə - Rusiya
Baş hakim: Nikola Ritsoli
Marsel. "Velodrom” stadionu

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
İdman 08:36
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
İdman 18:48
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
İdman 12:51
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək
İdman 10:30
Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək
Alfonso Dominqes Dünya Kubokunun yarımfinalında
İdman 22:08
Alfonso Dominqes Dünya Kubokunun yarımfinalında
Azərbaycan Ukrayna ilə bərabərə qaldı - Yenilənib
İdman 21:55
Azərbaycan Ukrayna ilə bərabərə qaldı - Yenilənib
Azərbaycan futbol millisinin baş məşqçisi istefaya göndərilib
İdman 12:09
Azərbaycan futbol millisinin baş məşqçisi istefaya göndərilib
İspaniya Türkiyəni 6:0 hesabı ilə məğlub edib
İdman 06:08
İspaniya Türkiyəni 6:0 hesabı ilə məğlub edib
Azərbaycan millisi Avropa Kubokunda yarımfinala yüksəlib
İdman 15:30
Azərbaycan millisi Avropa Kubokunda yarımfinala yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol