• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Azərbaycan Xəzərdə külək parkları inşa edəcək

Azərbaycan Xəzərdə külək parkları inşa edəcək
05.04.2015 14:30
Azərbaycan Xəzərdə külək parkları yaratmaq məqsədilə dənizin akvatoriyasının öyrənilməsi işlərinə başlayıb. 


"Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın enerji sistemi qonşu ölkələrin analoji sistemləri ilə sıx əlaqəlidir və bu, elektrik enerjisinin həm ixracı, həm də idxalı üçün imkanlar yaradır: "Elektrik enerjisi sahəsində davamlı inkişaf Azərbaycanın ixrac potensialını artıracaq. Generasiya güclərimizi artıra biləcəyimiz sahələrdən biri də alternativ enerji mənbələridir”.

C.Məlikov qeyd edib ki, enerji gücü baxımından Xəzər dənizinin ofşor zonası böyük potensiala malikdir: "Xəzərin ofşor zonasında böyük külək potensialı var. Burada sərəncamımızda olan böyük məkanda külək parkları inşa edə bilərik. Məhz bu məqsədlə Xəzər akvatoriyasının öyrənilməsinə başlanılıb və bu işlər uğurla davam etdirilir”.

Hazırda Azərbaycanın enerji sisteminin gücü 7,2 min meqavat təşkil edir. Alternativ və bərpa olunan enerji mənbələrinin ümumi potensialı isə 12 min meqavatdır.
 
ANN.Az

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Cəmiyyət 16:50
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Cəmiyyət 15:53
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Cəmiyyət 15:24
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Cəmiyyət 14:44
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Eldar Əzizov müşavirə keçirib
Cəmiyyət 14:22
Eldar Əzizov müşavirə keçirib
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Cəmiyyət 13:25
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Cəmiyyət 13:03
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:14
Sabah yağış gözlənilir - Hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol