• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Bakının bu ərazilərində sürüşmə aktivləşdi

Bakının bu ərazilərində sürüşmə aktivləşdi
28.02.2018 21:56
Son bir neçə gün ərzində Abşeron rayonunun "Nübar" qəsəbəsindəki ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə olan ərazidə, eləcə də Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesində aktivlik artıb.


Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.


R.Həsənovun sözlərinə görə, aktivliyin artma səbəbi son günlər ərzində əraziyə düşən atmosfer yağıntılarıdır.


Mütəxəssis qeyd edib ki, Suraxanı rayonunun Zığ qəsəbəsinin bəzi sahələrində də sürüşmə proseslərində aktivləşmə müşahidə edilir:


"Aktivləşmə torpaq qatında olan çatlarda özünü göstərir. Ərazidə quraşdırılmış mayaklardan da görünür ki, prosesin dinamikasında aktivləşmə var”.


R.Həsənov bildirib ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində tektonik qırılma xəttinin keçdiyi ərazidə bir müddət əvvəl sürüşmə prosesi baş verib və hadisənin fəsadları da olub:


"Həmin ərazi hazırda da nəzarətimizdədir. Ancaq son günlər ərzində ərazidə ciddi aktivləşmə görməmişik”.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Cəmiyyət 16:50
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Cəmiyyət 15:53
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Cəmiyyət 15:24
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Cəmiyyət 14:44
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Eldar Əzizov müşavirə keçirib
Cəmiyyət 14:22
Eldar Əzizov müşavirə keçirib
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Cəmiyyət 13:25
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Cəmiyyət 13:03
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:14
Sabah yağış gözlənilir - Hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol