• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Evdə it-pişik saxlayan şəxs xəstələnəndə nə etməlidir?

Evdə it-pişik saxlayan şəxs xəstələnəndə nə etməlidir?
10.12.2018 23:00
İt, pişik və digər ev heyvanları Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsində uçota alınacaq. 

Medicina.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na etdiyi dəyişikliklərdə əksini tapıb. 

Bu dəyişiklik Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə əlaqədar baytarlıq sahəsində nəzarətin Kənd Təsərrüfatı Nazirliyindən alınaraq  Qida Təhlükəsizliyi Agentliyinə verilməsi ilə əlaqədar edilib. 

Beləliklə, şəxslərə məxsus ev heyvanlarının yoluxucu xəstəliklərə qarşı peyvəndlənmələrini, diaqnostik müayinələrini, digər baytarlıq-sanitariya tədbirlərini təşkil etmək məqsədi ilə onların Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsində uçota alınmaları (identifikasiya olunması) insanların sağlamlığı və ərazinin epizootoloji sabitliyinin qorunması baxımından yerinə yetirilməsi vacib olan mühüm dövlət baytarlıq tədbiridir.

Ev heyvanlarının xarici ölkəyə aparılması da artıq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin deyil, Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin baytarlıq şəhadətnaməsinin (sertifikatının) və müvafiq pasportun tərtib olunması ilə həyata keçiriləcək.  Ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs heyvanlar xəstələndikdə, insanları, heyvanları dişləmə və zədələmə halları müşahidə edildikdə, onlara baxmaq və karantində saxlamaq üçün məhz Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinə müraciət etməlidir. Ancaq indiyə qədər olduğu kimi bundan sonra da Dövlət Baytarlıq Xidmətində qeydiyyatda olan baytarlıq klinikalarında, itçilik klubunda öz heyvanlarını ildə bir dəfə müayinədən keçirməlidir. Baytarlıq idarələri hüquqi və fiziki şəxslərə məxsus heyvanlarda (it, pişik və s.) təlimata uyğun olaraq peyvəndləmələri, diaqnostik müayinələri, digər baytarlıq-sanitariya tədbirlərini və insan həyatı üçün təhlükəli xəstəlikləri olan itlərin, digər heyvanların məhv edilməsində baytarlıq xidmətini təşkil edir, heyvanların saxlanması qaydalarını pozan şəxslər haqqında müraciət daxil olduqda, qanunvericiliyə əsasən müvafiq tədbirlər görür və sahibsiz heyvanların ovlanmasında müvafiq tədbirlərin görülməsini təmin edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Cəmiyyət 16:50
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Cəmiyyət 15:53
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Cəmiyyət 15:24
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Cəmiyyət 14:44
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Eldar Əzizov müşavirə keçirib
Cəmiyyət 14:22
Eldar Əzizov müşavirə keçirib
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Cəmiyyət 13:25
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Cəmiyyət 13:03
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:14
Sabah yağış gözlənilir - Hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol