• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Heydər Əliyev 21 yaşını tamamladı - FOTOLAR

Heydər Əliyev 21 yaşını tamamladı - FOTOLAR
03.08.2018 11:24
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür.

BiG.AZ-ın məlumatına görə, Heydər İlham oğlu Əliyev 1997-ci il avqustun 3-də anadan olub. O, Bakıda babası Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində ümumi orta təhsil alıb.

2013-cü ildə orta təhsili başa vuran Heydər Əliyev təhsil naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında" əmrinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, qızıl medalla təltif olunub. Orta məktəbi qızlı medalla bitirən H.Əliyevin adı təhsil aldığı Müasir Təhsil Kompleksində "Şərəf kitabı"na yazılıb.

Elə həmin, 2013-də Azərbaycan Prezidentinin oğlu Heydər ali məktəblərə keçirilən II ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edib. O, qəbul imtahanlarını da yüksək səviyyədə verərək, 590 bal toplayıb və ADA Universitetinin tələbəsi adını qazanıb.

Heydər Əliyev ADA Universitetinin bakalavriat pilləsini bitirib.

Heydər Əliyevin tələbə yoldaşları və dostları onun savadlı, təvazökar, mədəni bir gənc olduğunu vurğulayıblar. Onun öz davranışları ilə ətrafındakılara nümunə olduğu da qeyd edilir. Bunu əvvəllər onun müəllimləri də söyləyiblər.

Heydərə orta məktəbdə ingilis dilindən dərs demiş konqolu müəllimi Manto bir neçə il əvvəl öz açıqlamalarında Prezidentin oğlunu tərifləmişdi.

"Mənə demişdilər ki, Prezidentin oğlu sizin dərs dediyiniz sinifdə oxuyur. Amma o sinifdə Prezident oğlunun oxuduğu heç vaxt hiss olunmurdu. Düzü, valideynlərini heç zaman məktəbdə görməmişəm. Amma bir müəllim kimi mənim üçün ən önəmlisi məktəblinin savadıdır, valideyni yox. Çox ağıllı, dərrakəli uşaqdır. Cəld işləyir, nümunəvi davranır, Prezident oğlu olduğunu əsla hiss etdirmirdi"-deyən Manto H.Əliyevin ingilis dilini mükəmməl səviyyədə bildiyini vurğulamışdı.
 







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sevil və Sevinc bacılarından oriental rəqs – VİDEO
Cəmiyyət 12:28
Sevil və Sevinc bacılarından oriental rəqsVİDEO
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Cəmiyyət 12:28
Emin Ağalarov ƏMİNƏ üçün mahnı oxudu - VİDEO
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Cəmiyyət 12:04
Yanğın baş verən bazardan görüntülər - VİDEO
Azərbaycanda daha bir dəhşətli qəza
Cəmiyyət 11:56
Azərbaycanda daha bir dəhşətli qəza
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Cəmiyyət 11:52
Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:51
Fədayə Laçından xəbər var
Cəmiyyət 11:50
"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR
Aprel döyüşlərinin qazisinin toyundan – REPORTAJ
Cəmiyyət 11:38
Aprel döyüşlərinin qazisinin toyundan REPORTAJ
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Cəmiyyət 11:31
Gəncədə polisi xəncərlə öldürən Rəşadın görüntüləri yayıldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol