• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

İsmayıllıda ağır qəza - 3 ölü, 3 yaralı

İsmayıllıda ağır qəza - 3 ölü, 3 yaralı
15.06.2018 09:21
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə iyunun 14-də gecə saat 23:00 radələrində yolun 177-ci kilometrliyində, İsmayıllının Gəraybəyli kəndi ərazisində qeydə alınıb. Göyçay sakini, 1970-ci il təvəllüdlü taksi sürücüsü Çingiz Eminov idarə etdiyi "Mersedes” markalı minik avtomobili ilə Bakıdan sərnişinləri rayona gətirərəkən qaranlıqda qəflətən yoluna çıxan 2 baş inəyi vurub. Zərbə nəticəsində avtomobil aşıb.

Qəza zamanı sürücü və adı hələ ki, məlum olmayan bir sərnişin hadisə yerində ölüb, biri uşaq olmaqla 4 nəfər ağır xəsarət aldığı üçün Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, ağır xəsarət alan Göyçay rayon sakinləri - 1992-ci il təvəllüdlü Vətənxan Gülçöhrə İlham qızı, onun azyaşlı oğlu, 2013-cü il təvəllüdlü Vətənxan Kamal Nejdət oğlu, 1993-cü il təvəllüdlü Abışova Nərmin Aqil qızı və bacısı, 1992-ci il təvəllüdlü Abışova Bəyim Aqil qızı cərrahiyə və reanimasiya şöbələrinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Bəyim Abışovanın həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Cəmiyyət 22:34
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 20:00
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Cəmiyyət 19:19
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Bakının bu rayonunda qaz kəsiləcək
Cəmiyyət 19:13
Bakının bu rayonunda qaz kəsiləcək
Bakıda süni göldə uşaq batıb
Cəmiyyət 18:40
Bakıda süni göldə uşaq batıb
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
Cəmiyyət 18:28
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Cəmiyyət 18:11
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Bu ərazidə su olmayavaq
Cəmiyyət 18:05
Bu ərazidə su olmayavaq
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Cəmiyyət 17:52
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol