• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

İt dişləyən uşağın atası fəryad etdi: “Həkimlər 40 gün vaxt qoyublar”

İt dişləyən uşağın atası fəryad etdi: “Həkimlər 40 gün vaxt qoyublar”
22.04.2019 13:14
Binəqədi rayonunun Sulutəpə qəsəbəsində itin dişlədiyi 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun atası Qismət Məmişov övladının həyatından narahatdır.

Bu barədə Modern.az-a danışan Q.Məmişov bildirib ki, həkimlər həyati təhlükənin sovuşması üçün 40 gün gözləməli olduqlarını deyib:


"Hazırda uşaq yaxşıdır, vəziyyəti stabildir. Amma həkim övladımın sabah da yaxşı olacağına təminat vermir. Heç kim qərar vermir ki, uşaq sağala bilər, yaxud quduzlaşma olar. Mən həkimləri də qınamıram. Müalicəni, iynə-dərmanlarını edirlər, ümid Allahadır”.

 

Q.Məmişov küçə itlərilə bağlı müvafiq qurumlara çağırış edib:

"Bir valideyn kimi tələb edirəm bu itlərlə bağlı tədbir görsünlər, onların qarşısını alsınlar. Vətəndaşlar küçələrdəki itlərin əlindən rahat şəkildə gəzə bilmir, özünüz də şahid olursunuz. İndi mən avtomatı götürüb o itləri vursam, deyəcəklər Azərbaycanda terrorçu peyda olub. Məni terrorçu elan edəcəklər. Şəhərin mərkəzi, Bulvar küçə itlərilə doludursa, görün ətraf qəsəbələrdə vəziyyət necədir. Bunların qarşısını almaq lazımdır. Uşaqlarımız yazıqdır, mən neçə gündür ürək ağrısı tapmışam”.

Rəsmilərdən lazımi kömək göstərildiyini deyən ata, sadəcə övladının sağalmasını istədiyini vurğulayıb:

"Hüseyndən başqa iki məktəbli övladım da var. Anası uşağı məktəbdən gətirib evdə mətbəxə keçəndə Hüseyn həyətdə olub. İt çəpərdən tullanıb uşağın yanağından dişləyib, yerlə sürüyüb. Mən hasarımı tikmək istəyəndə biri dedi İcra Hakimiyyətinin ərazisidir, biri dedi bələdiyyənin əarzisidir, biri dedi neftin ərazisidir. İmkan versəydilər ki hasarımı tikəm, övladım da belə olmazdı. Vaxtında neftin ərazisində ev tikməyə qoymazdılar, mən də gedib kəndimdə şor-çörəyimi yeyərdim”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 20:00
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Cəmiyyət 19:19
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Bakının bu rayonunda qaz kəsiləcək
Cəmiyyət 19:13
Bakının bu rayonunda qaz kəsiləcək
Bakıda süni göldə uşaq batıb
Cəmiyyət 18:40
Bakıda süni göldə uşaq batıb
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
Cəmiyyət 18:28
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Cəmiyyət 18:11
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Bu ərazidə su olmayavaq
Cəmiyyət 18:05
Bu ərazidə su olmayavaq
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Cəmiyyət 17:52
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol