Kadırov: Bunu məndən Çeçenistan xalqı da xahiş etmişdi

Bu gün Çeçenistanın prezidenti vəzifəsinin müvəqqəti icraçısı təyin olunan Ramzan Kadırov bildirib ki, Rusiya prezidentinin istənilən tapşırığı onun üçün böyük məsuliyyət deməkdir.
Oxu.Az xəbər verir ki, o, bu barədə İnstagram-da yazıb.
Kadırov həmçinin vurğulayıb ki, hazırda onun üçün işinə "yeni start” vermək vacibdir.
"Bu vəzifədə fəaliyyətimin davam etdirilməsini məndən Çeçenistan xalqı da xahiş etmişdi.
Rusiya prezidenti, Ali Baş Komandan Vladimir Putin regionların, deməli bütün ölkənin qarşısında duran böyük tapşırıqları necə və hansı şəkildə həll etməyi min dəfə yaxşı bilir.
Vladimir Vladimiroviçdən istənilən tapşırığı, xüsusilə də belə mühüm bir tapşırığı almaq mənim üçün böyük xoşbəxtlik və məsuliyyət deməkdir. Mən hətta mühafizəçi işindən söhbət getsə idi belə, qeyd-şərtsiz öz səlahiyyətlərimin icrasında başlardım”, - deyə, Kadırov yazıb.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Çeçenistan prezidenti səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsinə hazırkı dövlət başçısı Ramzan Kadırovu təyin edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 