• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Karbamid zavodunun tikinti işləri üzrə baş podratçısı mexanika-montaj işlərinin 95%-ni görüb

Karbamid zavodunun tikinti işləri üzrə baş podratçısı mexanika-montaj işlərinin 95%-ni görüb
29.05.2020 05:00
Şirkət beton işlərinin 100%-ni yerinə yetirib.

"Prokon” MMC ("Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə olunması ilə məşğul olan törəməsi) Sumqayıtda inşa olunan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunun tikintisi çərçivəsində mexanika-montaj işlərinin 95%-ni icra edib.

"Nobel Oil Services” şirkətindən "Report”a verilən məlumata görə, şirkət metal və polad konstruksiyalarının montajı və quraşdırılması işlərinin 99%-ni, beton işlərinin isə 100%-ni yerinə yetirib.

Layihənin ümumi tikinti işləri üzrə baş podratçı qismində çıxış edən "Prokon” MMC mühəndis-layihələndirmə, satınalma/təchizat və tikinti üzrə podratçı olan "Samsung Engineering Co., Ltd.” şirkəti ilə birgə iş aparır. Layihə çərçivəsində müxtəlif sahələr üzrə ixtisaslaşmış və sayı təqribən 2500-3500 nəfər təşkil edən işçi qüvvəsi cəlb edilib. Karbamid layihəsi çərçivəsində "Prokon” MMC qruntun çıxarılması, yenidən doldurulması, beton, tikinti, boru çəkilişi, metal və polad konstruksiyaların montajı və quraşdırılması, elektrik avadanlıqları və nəzarət-ölçü cihazları, rəngləmə, izolyasiya və s. xidmətləri həyata keçirir.

Karbamid Zavodunda mexaniki işlər bu ilin dekabr ayında tamamlanacaq, gələn ilin II rübündə zavod SOCAR-a təhvil veriləcək.

2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" prinsipi əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək.

Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid və 1 200 ton ammonyak istehsal edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
İqtisadiyyat 14:55
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
İqtisadiyyat 11:03
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:33
Qızılın qiyməti ucuzlaşıb


Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
İqtisadiyyat 09:35
Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
İqtisadiyyat 09:14
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
İqtisadiyyat 17:45
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
İqtisadiyyat 14:08
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
İqtisadiyyat 13:31
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol