Milyarderin Bilgəh iqamətgahındakı əhvalatın əks-sədası Rusiyaya da çatdı

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən iqamətgahının ərazisində yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş alıb işləri yarıtmaz görən İtaliya şirkəti "Paghera Green Service Societa Agricola S.R.L” ətrafında qalmaqal Rusiya mediaməkanında da rezonans doğurub. Virtualaz.org xəbər verir ki, "Versiya.ru” portalı bu qalmaqalla bağlı geniş məqalə dərc edib. Məqalədə deyilir ki, italyanların şirkəti Fərhad Əhmədovun iqamətgahındakı keyfiyyətsiz işləri ilə qalmaqallı şəkildə "məşhurlaşıblar”.https://versia.ru/kak-kompaniya-paghera-lovchit-so-svoimi-klientami-sobstvennym-gosudarstvom-i-mnogomillionnymi-summami-nalogov
Və belə görünür ki, bu yeganə düzgün məlumatdır. Əsrdən çox tarixə malik olmaq barədə deyilənlər və şirkətin saytının ingilis və italyan versiyasında "1985-ci ildən başlayan tarix” və "bitkilərin yetişdirilməsi üzrə mütəxəssislərin beş nəsli” bəyanatı ilə ört-basdır edilir. Bu məqamda italyanlara təklif etmək olardı ki, xırdaçılığa yol verməsinlər, beş nəsil yox, elə birbaşa min nəsil barədə danışsınlar-Bibliyaya görə Adəm də torpaqda işləyib və bitkilər yetişdirib, deməli onu da "bitkilərin yetişdirilməsi üzrə mütəxəssis” adlandırmaq olardı.
Bioqrafiyasında göstərilir ki, Canfranko Pagera Çernobıl fəlakəti zonasının "ekoloji rekultivasiyasını və təmizlənməsini” az qala şəxsən layihələndirib və az qala şəxsən özü həyata keçirib! Sadəlövh müştəriləri aldatmağa hesablanmış məşhur italyan lovğalığı ortadadır.
Lakin hətta bütün bu reklam tryuklarını da cənublu temperamentinin ayağına yazmaq olardı, əgər italyanlar üzərlərinə götürdükləri işi keyfiyyətlə yerinə yetirsəydi. Təəsüf ki, "Paghera” bu məsələdə də "İtaliyanın ən yaxşısı” olmaqdan uzaqdır. Mətbuatda məşhur biznesmen Fərhad Əhmədovun iqamətgahında abadlıq işləri üçün sifariş almış italyanların tətbiq etdikləri "sxemin” təfərrüatları barədə yazılıb.
Çoxsaylı pretenziyalardan sonra, hansı ki, italyanlar irəli sürülən iradları aradan qaldırmayıblar, sifarişçi "Paghera” ilə əməkdaşlığı dayandırıb, özü də həmin vaxta qədər müəyyən olunmuş məbləğin 90 faizi artıq italyan şirkətinə ödənilmişdi. Baxmayaraq ki, işlərin cəmi yarısı görülmüşdü. Haqqin.az saytının yazdığına görə tərəflər arasında yekun Akt imzalanıb və orada "Paghera”nın keyfiyyətsiz işi barədə faktlar öz əksini tapıb. Lakin italyanlar burada da kələk gəlməyə çalışırlar. Massimo Alberti KİV-lərə deyir: "Onlar məni başa düşmədiyim dildə, rəsmi tərcümə olmadan hazırlanmış sənədi imzalamağa məcbur etdilər. Mən rus dilini bilmirəm...Mən aldadılmışam...”
Cənab Albertinin bəyanatı onun şirkətinin 150 illik tarixi barədə deyilənlərdə olduğu kimi bu məsələdə də həqiqətə uyğun gəlmir. Çünki Aktın imzalanması zamanı Albertinin bir neçə rusdilli köməkçisi orada olub, tərəflər arasında bütün işgüzar yazışmalar isə əməkdaşlıq başlayandan sonra rus dilində aparılıb. Bunu asanlıqla yoxlamaq olar və həmin vaxt italyanların rus dili ilə bağlı heç bir şikayətləri qeydə alınmayıb.
Üstəlik "Asnaf” MMC-yə Fərhad Əhmədovun imzası olan müqavilə təqdim ediblər, hansı ki, Əhmədov heç vaxt belə müqavilə imzalamamışdı. Ümumiyyətlə, Əhmədov heç vaxt "Paghera” ilə birbaşa müqavilə bağlamayıb. 2016-cı ilin dekabrında bağlanan müqavilədə italyanların tərəfdaşı kimi "Baku Caspian Real Estate Limited” adlı şirkət çıxış edib.
İtalyanlar təkcə müştəriləri ilə deyil, hökumətləri ilə də qəribə oyun oynayırlar. Məlum olduğu kimi Avropada maliyyə şəffaflığı başlıca şərtlərdən biridir. Açıq mənbələrdə isə göstərilir ki, hansısa "Paghera Green Service Societa Agricola S.R.L” şirkəti cəmi 4.14 milyon dollarlıq hasilat barədə bəyan edir. Şirkətin işçilərinin sayı isə cəmi 40 nəfərdir. "İtaliyada ən yaxşı” şirkət üçün çox təvazökar rəqəmdir. Və əgər şirkət təkcə Əhmədovun şirkətindən 12 milyon avro alıbsa deməli İtaliya dövlətinin büdcəsinə sanballı məbləğdə vergi gedib çatmayıb. İtaliyada komissar Kattanilər "Paghera”nın maliyyə sxemlərindəki kələyi araşdırsalar pis olmazdı. Bu necə olur ki, "İtaliyada ən yaxşı” şirkət özünün böyük gəlirlərindən büdcəyə vergi ödəmir?
Lakin "Paghera” təkcə müştəriləri və öz hökumətləri ilə "qəribə oyun” oynamır. Belə görünür ki, italyanlar yerli subpodratçıların da pullarını ödəməyiblər, onları layihənin təhvil verilməsini gözləməyə inandırıblar. Müqavilədə göstərilən məbləğin 90 faizini "sərf edəndən” sonra italyanlar özlərinin yaratdığı situasiyadan birtəhər yaxalarını dartıb çıxa, müxtəlif bəhanələrlə Əhmədovdan yenə pul qoparda bilərdilər. Amma biznesmenin nümayəndələri əcnəbi işbazların bütün hiyləgərliklərindən duyuq düşdülər və məlum oldu ki, ortada "banal dələduzluq” adlandırıla bilən vəziyyət var. Avantüristlərə xas şəkildə italyanlar öz saytlarında göstərirlər ki, dünyanın hər yerində krallar və şahzadlər üçün işləyirlər. Lakin bunu yoxlamaq mümkün deyil, çünki göstərilir ki, belə sifarişlər tam məxfidir.
İndi isə "Paghera” şirkətinin Fərhad Əhmədovun iqamətgahındakı uğursuz abadlaşdırma əhvalatı sayəsində bütün dünyaya "məşhurlaşmaq” şansı var. Belə "şöhrət” Azərbaycanın hüquq-mühafizə orqanlarının da diqqətini "Paghera”ya cəlb edə bilər, o cümlədən doğma İtaliyanın və Avropa İttifaqının diqqətini. Və nəticədə yalançılıq edən italyanlar nəinki abadlaşdırma işləri zamanı istifadə edilən kabelin və sementin keyfiyyəti, eləcə də İtaliya büdcəsinə ödənilməmiş vergi və maliyyə sxemləri, maxinasiyaları barədə suallara cavab verməli olacaq. Fərhad Əhmədov ciddi adamdır və villasında işləri ən yüksək səviyyədə yerinə yetirmək üçün doğrudan da məşhur şirkət tapacaq, italyanlara isə bütün bu əhvalat baha başa gələcək. Və şirkətin "150 illik tarixi” bununla da bitəcək...
www.anews.az