• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Musiqili Teatrın kollektivi Gənclərin Peşə Reabilitasiya Mərkəzində - Fotolar

Musiqili Teatrın kollektivi Gənclərin Peşə Reabilitasiya Mərkəzində - Fotolar
02.04.2015 15:53
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi 1 aprel Beynəlxalq gülüş günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramıyla çıxış edib.
 
ANN.Az xəbər verir ki, Musiqili Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Əliyev, Naidə Orucova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, vokalçı artist Şaban Cəfərov, Nigar Tofiq, Balet truppasının üzvləri Murad Əliyev və Cəlalə Novruzlu iştirak ediblər. Konsert proqramı çərçivəsində S. Ələsgərov, İ. Məlikzadənin "Hərənin öz ulduzu”, V. Adıgözəlov, Anarın "Adamın adamı” tamaşalarından parcalar, müxtəlif yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub.
 
Tamaşaçılarla canlı ünsiyyət yaradan Musiqili Teatrın kollektivi sağlamlıq imkanları məhdud gənclərə unudulmaz anlar yaşadıblar. Sonda mərkəzin direktoru Rəhilə Həsrətova Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Musiqili Teatrın direktoru Əliqismət Lalayev başda olmaqla teatrın kollektivinə tədbirdə iştirak etdiklərinə görə təşəkkür edib.
 














www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünyada ən çox satılan kitablar
11:12
Dünyada ən çox satılan kitablar
Milad bayramında izlənəcək ən  yaxşı 10 film
11:02
Milad bayramında izlənəcək ən yaxşı 10 film
Azərbaycan teatrında ilk dəfə - Fotolar
09:22
Azərbaycan teatrında ilk dəfə - Fotolar
06:40
"Qadınlığın simvolu" vəfat etdi - VİDEO
Kikabidze Bakıda konsert verdi
06:17
Kikabidze Bakıda konsert verdi
Stalinin ev muzeyi - Fotolar
06:06
Stalinin ev muzeyi - Fotolar
“Hasarın o üzü” Şamaxıya gedir... - Fotolar
06:06
“Hasarın o üzü” Şamaxıya gedir... - Fotolar
“Toya bir gün qalmış” komediyasının premyerası olacaq - Fotolar
06:06
“Toya bir gün qalmış” komediyasının premyerası olacaq - Fotolar
Gənc Tamaşaçılar Teatrında teatr – məktəb əlaqələri genişlənir...
06:06
Gənc Tamaşaçılar Teatrında teatr – məktəb əlaqələri genişlənir...
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol