• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Qoşunlarda yeni tədris dövrü başlanıb

Qoşunlarda yeni tədris dövrü başlanıb
29.05.2020 11:48
Azərbaycan Respublikası Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri və idarəetmə orqanlarında yeni tədris dövrü başlayıb.

Bu barədə "Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Ordumuzun qarşısında qoyulan tapşırıqlar Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə yerinə yetiriləcək", - deyə, nazirlikdən bildirilib.

Silahlardan plana uyğun və ardıcıl surətdə istifadə olunması ilə qoşunların idarəedilməsinin səmərəliliyinin artırılması, qarşılıqlı uzlaşmanın gücləndirilməsi, döyüş növbətçiliyinin keyfiyyətli təşkili, şəxsi heyətin döyüş qabiliyyətinin, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsi yeni tədris dövrünün əsas məqsədlərindəndir.

Maddi-texniki bazanın gücləndirilməsi, əsaslı planlaşdırma və digər təşkilati məsələlər yeni tədris dövründə döyüş hazırlığının daha keyfiyyətli təşkilinə imkan yaradacaq.

Müdafiə nazirinin göstərişi ilə əsas diqqət şəxsi heyət tərəfindən müasir döyüş texnikası və silah-sursatın müxtəlif iqlim, çətin relyef şəraitində düzgün istifadə və tətbiq edilməsi bacarıqlarının daha da artırılmasına yönəldiləcək

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin sədri Malayziyaya səfər edib
Siyasət 18:07
Milli Məclisin sədri Malayziyaya səfər edib
BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Siyasət 18:00
BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
ATƏT Minsk qrupunun ləğvi prosesi başlayıb
Siyasət 17:49
ATƏT Minsk qrupunun ləğvi prosesi başlayıb
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Siyasət 12:44
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Siyasət 21:36
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Siyasət 21:29
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Siyasət 21:21
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Əli Əsədov Su Hui ilə görüşüb
Siyasət 18:38
Əli Əsədov Su Hui ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol