• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

"Quli"nin tərəfdaşı olan və öldürülən qanuni oğru kimdir? - VİDEO

10.04.2018 11:47
Dünən axşam Türkiyədə qətlə yetirilən "qanuni oğru" 59 yaşlı Qayoz Zviadadze (Qiya Kutaisski) ilə bağlı bəzi məqamlar orta çıxıb.
 
Anews.az lent.az-a istinadən xəbər verir ki, 59 yaşlı "qanuni oğru" dünən Antalyanın Kəmər qəbəsində oğlu Giga Zviadadze ilə birlikdə güllələnib. Hadisə avtoritetin evinin yaxınlığında baş verib. Qiya Kutaisski aldığı güllə yarasından ölüb, lakin oğlu isə ağır vəziyyətdə mərkəzi xəstəxanaya çatdırılıb.
 
Bildirilir ki, Qiya azərbaycanlı kriminal avtoritet Nadir Səlifovlayaxın olub. Belə ki, "Quli” azadlığa çıxan kimi İstanbula gələrək onunla görüşüb. Daha sonra Nadir Səlifovun İstanbulda keçirdiyi ilk sxodkada iştirak edib və idarəçilik onda olub.
 
Qayoz Zviadadze kimdir?
 
"Qiya Kutaisski” 1959-cu ildə Gürcüstanda Kutaisi şəhərində anadan olub. İlk məhkumluğunu 1978-ci ildə yaşayıb. Kutaisi Məhkəməsi onu 2 il müddətinə azadlıqdan məhrum edib. 80-ci ildə azadlığa çıxan "Qiya” bir müddət sonra paytaxt Tbilisidə polis tərəfindən saxlanılır və 11 il müddətinə azadlıqdan məhrum edilir. 
 
1990-cu ildə həbsdə olan zaman bir neçə gürcü avtoritet tərəfindən Qayoz Zviadadzeyə qanuni oğru adı verilib. 
 
Azadlığa çıxan gənc kriminal "oğruların şəhəri” olan Moskvaya üz tutub. Burda kriminal qruplaşmalarda iştirak edib. 1999-cu ildə Moskvada həbs edilib. 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdən çıxandan sonra yenidən Kutaisiyə qayıdıb. Burda da bir neçə dəfə həbs edilsə də, tez bir müddətdə azadlığa çıxa bilib. 
 
2003-cü ildə "qanuni oğru" adından məhrum edilsə də, həmin ildə Qiya öz adını geri qaytarmağı bacarıb. 
 
"Qiya”nın erməni əsilli "qanuni oğru" Nodar Asoyanla ciddi konflikti olub.
 
 Ötən ilin dekabrında Zviadadzenin adamları Asoyanın yaxın tərəfdarlarından olan Qoçu Alpaidzeni öldürmüşdülər. Baş verən hadisənin qisas olduğu da ehtimal edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Dünya 12:32
“Lotu Quli”nin adamını tutdular - VİDEO
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Dünya 12:02
Gözəllik müsabiqəsində hicablı iştirakçı - FOTO
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Dünya 11:34
Neft tankeri 21 nəfərlik heyyətlə yanır
Azərbaycanlı qız erməni ilə VİDEO
Siyasət 11:20
Azərbaycanlı qız erməni ilə VİDEO
Putinin yeni limuzininin qiyməti məlum oldu
Dünya 11:06
Putinin yeni limuzininin qiyməti məlum oldu
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Dünya 10:54
Azərbaycanlı məşhur müğənni vəfat etdi
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Dünya 10:48
Azərbaycanlı blogerinin cazibədar sevgilisi - FOTOLAR
Putin etiraf etdi:
Dünya 10:38
Putin etiraf etdi: "Sərnişin təyyarəsinin vurulması əmrini mən verdim!"
Rusiyada xalq ayağa qalxdı:
Dünya 10:24
Rusiyada xalq ayağa qalxdı: "İstefa" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol