• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

BDU-nun rüşvətə görə tutulan professoru azad edildi

BDU-nun rüşvətə görə tutulan professoru azad edildi
22.12.2014 10:01
BDU hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı azadlığa çıxıb.


Mia.az-a daxil olan məlumata görə, keçmiş dekan müavini üç gün öncə azadlığa buraxılıb. Xatırladaq ki, BDU hüquq fakültəsi "Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakini Ziyad Süleymanovdan BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Məhəmməd İmanlı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun əməlində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət tərkibi görüb. O, məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhəmməd İmanlı hökmdən apellyasiya və kassasiya şikayəti versə də, cəzası dəyişdirilməyib. O, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

ANN.Az
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qadınlar əsgər gedəcək? - AÇIQLAMA
Qaynari.nfo 06:41
Azərbaycanda qadınlar əsgər gedəcək? - AÇIQLAMA
23:22
"Quran"dakı şifrə yadplanetlilərin sirrinin açarıdır? - Müsahibə+Video
İcra başçısına xəsarət yetirildi: Aksiya - Video
Qaynari.nfo 23:12
İcra başçısına xəsarət yetirildi: Aksiya - Video
Əlillərə qadağa qoyuldu
Qaynari.nfo 11:33
Əlillərə qadağa qoyuldu
Bakıda kütləvi intihara cəhd
Qaynari.nfo 17:31
Bakıda kütləvi intihara cəhd
Bakıda bəylə gəlin toya metro ilə getdilər - VİDEO
Qaynari.nfo 07:36
Bakıda bəylə gəlin toya metro ilə getdilər - VİDEO
Ramil Usubovdan polis əməkdaşlarına sərt qadağa
Qaynari.nfo 13:12
Ramil Usubovdan polis əməkdaşlarına sərt qadağa
Sürücülərin nəzərinə: Yenilik olacaq
Qaynari.nfo 10:05
Sürücülərin nəzərinə: Yenilik olacaq
Qadınlara bu yerlərdə işləmək qadağan olunacaq
Dünya 14:10
Qadınlara bu yerlərdə işləmək qadağan olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol