• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Sumqayıtda bədənində döymələr olan meyit tapıldı — FOTO

Sumqayıtda bədənində döymələr olan meyit tapıldı — FOTO
25.12.2018 12:03
Cari ilin oktyabr ayının 19-da Sumqayıt şəhəri Babək və Ü.Hacıbəyov küçələrinin kəsişməsində avtomobil təxminən 55-60 yaşlarında kişi piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, piyada aldığı xəsarətlərdən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həyatını itirib.

Keçirilmiş əməliyyat tədbirləri zamanı piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Onun xarakterik əlamətləri belədir: boyu 173 santimetr, normal bədən quruluşlu, saçlarının rəngi ağdır. Piyada vurulan zaman əynində tünd göy rəngdə qısaqol köynək və qara rəngdə şalvar olub.

Dünyasını dəyişən piyadanın sol əlinin biləyində kiril əlifbası ilə "Zenfira”, sol əl nahiyyəsində "ana”, sol ayağının pəncəsində "çox sağ ol”, sağ ayağının pəncəsində "təmiz yu” və sol əlinin barmaqlarının üzərində "19?1” döymələri var.

Şəxsiyyəti məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, Sumqayıt Şəhər Polis İdarəsinə  (018) 65-4-02-02, (012) 590-66-10, həmçinin (077) 458-17-18, (050) 363-99-90 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda yaşayış binasında yanğın olub - Video
Cəmiyyət 20:30
Sumqayıtda yaşayış binasında yanğın olub - Video
Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb
Cəmiyyət 19:40
Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:28
Bu ərazilərdə qaz olmayacaq
Şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
Cəmiyyət 17:17
Şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
Azərbaycan və BƏƏ prezidentləri Şuşada Milli Xalça Muzeyinin filialında olublar
Cəmiyyət 15:38
Azərbaycan və BƏƏ prezidentləri Şuşada Milli Xalça Muzeyinin filialında olublar
Fermerlərə üzüm sahələrinə görə 168 min manatdan çox sığorta ödənişi edilib
Cəmiyyət 15:35
Fermerlərə üzüm sahələrinə görə 168 min manatdan çox sığorta ödənişi edilib
Cəlilabadda məktəblilər arasında mübahisə ölümlə nəticələnib/Yenilənib
Cəmiyyət 15:23
Cəlilabadda məktəblilər arasında mübahisə ölümlə nəticələnib/Yenilənib
Bakı metrosu tədris ilinin ilk günündə 900 minə yaxın sərnişin daşıyıb
Cəmiyyət 14:31
Bakı metrosu tədris ilinin ilk günündə 900 minə yaxın sərnişin daşıyıb
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Cəmiyyət 14:18
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol