Suriyada 60 mindən çox xarici ölkə vətəndaşı döyüşür

Suriyada gedən döyüşlərdə xarici ölkələrdən gəlmiş 60 mindən çox adam iştirak edir.APA-nın “Əl-Həyat” qəzetinə istinadən verdiyi məlumata görə, xaricdən gəlmiş döyüşçülər həm Bəşər Əsəd hökuməti tərəfində, həm də müxalifətin hərbi birləşmələrinin tərkibində vuruşur. Xarici ölkələrdən gələnlərin əksəriyyəti – 40 min nəfər B.Əsədə sadiq ordunun sıralarında döyüşür. Mənbənin bildirdiyinə görə, bunlar əsasən İran, İraq, Livan, Yəmən, Əfqanıstan, Azərbaycan və Pakistandan gəlmiş şiə döyüşçüləridir. Onların əksəriyyəti İranın Pasdaran vilayətində “Əl-Qüds” briqadasında təlim keçib. Hökumət əleyhinə döyüşənlər isə əsasən Liviya, Tunis, Əlcəzair, Mərakeş və bəzi Avropa ölkələrindən gəlib. Onların ümumi sayı 20 minə yaxındır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 