1 ailənin 7 üzvü qətlə yetirildi, evləri yandırıldı

21:56 | 30.07.2021
Konyanın Meram rayonunda evlərdən birinə silahlı basqın olub.

"Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bir ailənin 7 üzvü – Yaşar, Barış, Serpil, Serap, İpək, Mətin və Sibel Dədəoğlu qətlə yetirilib. Cinayətdən sonra ailənin yaşadığı ev yandırılıb. Hadisə yerinə gələn yanğınspndürənlər alovu söndürdükdən sonra evdə 7 nəfərin cəsədi ilə qarşılaşıblar.

Cinayəti törədən şəxs və şəxslər axtarılır.
 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM