“1 May zəhmətkeşlərin hüquqlarının müdafiəsi günüdür” - AÇIQLAMA

14:13 | 01.05.2015
“1 May zəhmətkeşlərin hüquqlarının müdafiəsi günüdür” - AÇIQLAMA

“1 May zəhmətkeşlərin hüquqlarının müdafiəsi günüdür” - AÇIQLAMA

"Yəqin indi zəhmətkeş yoxdur, onun da zəhmətinə qiymət verib, zəhmətkeşlər günü keçirmirlər” - bu sözləri ANN.Az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib
 
Partiya rəhbəri 1 May Beynəlxalq Zəhmətkeşlər Günü haqqında danışarkən bildirib ki, bu əslində zəhmətkeşlərin bayramı yox, həmrəylik bayramıdır: "Bu bayram əvvəl sovetlər dövründə qeyd edilirdi, amma indi heç bir tədbir belə görülmür. Bundan başqa o vaxtlar çox yanlış bir fikir formalaşmışdı ki, bu bayram yalnız kommunistlər qeyd etməlidir”.  

Araz Əlizadə 1 Mayla bağlı yadına tarixi faktın düşdüyünü bildirib: "Zəhmətkeşlərdən danışanda ilk yadıma düşən sabiq ədliyyə naziri Südabə Həsənovanın bir yazısı olur. O vaxtlar Azərbaycanda fəhlə ittifaqı yaranırdı və bunun üçün S.Həsənova rəhbər dairlərlərə rəsmi bir cavab yazmışdı: "Azərbaycanda müəssisələr dayanıb, bu səbəbdən də bizdə fəhlə yoxdur, fəhlə olmadığına görə fəhlə ittifaqına da ehtiyac yoxdur”. Yəqin indi də bizdə yaxşı zəhmətkeş yoxdu ki, onunda zəhmətinə qiymət verib, zəhmətkeşlər günü keçirmirlər”.

Siyasətçinin sözlərinə görə, bu bayram bütün fəhlələrin, işgüzarların, zəhmətkeşlərin bayramıdır: "Onlar tək bu bayramda deyil,  hər vaxt öz hüquqlarını müdafiə etməlidirlər. Bu SSRİ-də bayram idi. Amma hər yerdə hüquqların müdafiə günü kimi qeyd edilirdi”.
Bu bayramın ölkəmizdə xüsusi olaraq qeyd olunmaması səsəbələrindən danışan partiya rəhbəri bildirib: "Birincisi ola bilsin ki, cəmiyyətdə kommunizmə mənfi münasibət var. İkincisi, yəqin ölkəmizdə zəhmətkeş qalmayıb. Üçüncüsü, yəqin cəmiyyətdə heç bir problem yoxdur. Yəni hamı hər bir işdən razıdır”.    
 
Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti