Mitinq təşkilatçıları son zamanlarda müsəlmanların sıxışdırıldığını bildiriblər.Rusiyanın Manej meydanında qafqazlıların `milyonluq` aksiya keçirmək niyyəti var. Ksenofobiya və milliyətçiliyə qarşı keçiriləcək aksiyanın 2014-cü il yanvarın 26-da keçirilməsi planlaşdırılır.AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, mitinqdə təşkilatçılar məktəblərdə hicaba qoyulan qadağa, yeni məscidlərin tikintisinə qoyulan maneələr və o cümlədən, Rusiya telekanallarında milli gərginliyi təbliğ edən materialların yerləşdirilməsinə qarşı çıxacaqlar. İştirakçıların tərkibinə gəldikdə isə, Şimali Qafqazlılar, Tatarıstan respublikasının sakinləri, həm də Orta Asiya və Volqaboyundan bir çox təşkilatların iştirakı gözlənilir.Tatarıstanın paytaxtı Qazan şəhərində müsəlmanların sıxışdırılmasına qarşı etiraz aksiyası keçirən “Azatlık” tatar gənclər ittifaqı da Moskva aksiyalarında iştirak edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !