Türkiyənin xarici işlər naziri Lavrovla danışıqlar aparıb

22:20 | 23.11.2024
Türkiyənin xarici işlər naziri Lavrovla danışıqlar aparıb

Türkiyənin xarici işlər naziri Lavrovla danışıqlar aparıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
 Bu barədə adının açıqlanmasını istəməyən türk diplomatik mənbəsi bildirib.

" Türkiyənin xarici işlər naziri Hakan Fidan şənbə günü, noyabrın 23-də rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb, nazirlər ölkələr arasında ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər”, - o bildirib.

Bundan əvvəl Fidan bildirib ki, ABŞ və Avropanın Ukraynaya silah tədarük etməsi qlobal müharibə kimi qələmə verilə biləcək vəziyyətə gətirib çıxarıb.
 
Onun sözlərinə görə, Türkiyə tərəfi Rusiya prezidenti Vladimir Putinin danışdığı qlobal müharibə riski barədə daim xəbərdarlıq edir.
 
Noyabrın 22-də Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu Rusiya prezidentinin Ukraynaya qarşı qeyri-nüvə hipersəs raketindən istifadə etməsi ilə bağlı bəyanatının Qərbə ciddi xəbərdarlıq olduğunu bildirib.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM