13 həkim işdən qovulub – Ana ölümlərinə görə

15:10 | 17.07.2014
13 həkim işdən qovulub – Ana ölümlərinə görə

13 həkim işdən qovulub – Ana ölümlərinə görə

“Bu il doğuş zamanı ana ölümündə səhvi olan 42 nəfər tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb. 13 həkim isə işdən azad olunub”. 
ANN.Az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. Onun sözlərinə görə, bu ilin 6 ayında 14, iyul ayında daha 2 ananın ölümü baş verib: “Hadisələrin səbəbləri doğuşa yardım komissiyası və  tibbi ekspertiza  tərəfindən araşdırılır. Ölümlərin xəstənin vəziyyəti, həkimlərin səhlənkarlığı və səbəblərdən baş verməsi ilə bağlı yoxlamalar aparıldığından araşdırmalar uzun çəkir və müəyyən müddət tələb edir”.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM