Soçi qış Olimpiya Oyunlarında 15 yaşlı rusiyalı idmançı qızıl medal qazanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, olimpiyadanın ən gənc qalibi adını da qazanan Yuliya Lipniçkaya fiqurlu konkisürmə üzrə komanda yarışında uğur qazanıb. Rusiyanın aktivinə ilk qızıl medalı yazdıran 15 yaşlı Lipniçkaya ən gənc idmançı kimi Olimpiya tarixinə düşüb.Xatırladaq ki, Soçidə keçirilən Qış Olimpiya Oyunlarında 15 idman növü üzrə 98 medal dəsti uğrunda mübarizə aparılır. Soçi Qış Olimpiya və Paraolimpiya Oyunlarında bu medallar uğrunda 3500 atlet mübarizə aparacaq. Yarışlar 11 idman arenasında keçiriləcək. Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunur. Olimpiada fevralın 23-dək davam edəcək. Rusiya Olimpiya infrastrukturuna və təşkilati işlərə 51 milyard dollara yaxın oyunlar tarixində ən çox pul xərcləyən ölkəyə çevrildi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !