Çin hakimiyyəti 1500 insanı həbs edib. Onların qanunsuz telekommunikasiya avadanlığı vasitəsilə böyük sayda SMS mesaj göndərmələri buna səbəb kimi göstərilir.
Çinin “ECNS” informasiya agentliyinə əsasən, hökumət tərəfindən həyata keçirilmiş böyük əməliyyat zamanı 2600 mobil stansiya müsadirə edilib, həmçinin qanunsuz telekommunikasiya avadanlığının satışı ilə məşğul olan 24 saytın fəaliyyəti dayandırılıb.
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, əl altında olan materiallardan istənilən mürəkkəblikdə cihazlar yaradan “hiyləgər” çinlilər spam mesajların göndərilməsi üçün adi GSM modem, göndərmələr üçün xüsusi internet şlüzlər, həmçinin SMS serverlərdən istifadə edir.
Cinayətkarlar spam mesaj göndərmələrindən müxtəlif üsullarla faydalana bilərlər. Bu, elementar reklam göndərilməsi ola bilər. Belə ki, onu göndərən elan verəndən haqq alır. Lakin əksər hallarda fırıldaqçılar saxta SMS mesajlar göndərirlər. Mesajlarda fişinq istinadları yer ala bilər və saxta səhifədə istifadəçidən bu və ya digər bəhanə ilə onun şəxsi məlumatlarını daxil etmək tələb oluna bilər. Bunun nəticəsi də hamımıza məlumdur. Bundan başqa, cinayətkarlar SMS mesajları ələ keçirmək üçün çox vaxt öz avadanlıqlarından istifadə edirlər. Real SMS mesajlarda “qurban”ların bank hesablarına çıxış imkanı verən əvəzsiz informasiya ola bilər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !