Ukrayna Daxili İşlər Nazirliyi xalq qarşısında içdikləri andı pozduqları üçün 17 min əməkdaşını işdən qovub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirinin müavini Serqey Çebotar məlumat verib.
“Nazirlikdə korrpusiyada, narkotika alverində və digər qanun pozuntularında şübhəli bilinən polislərə qarşı mübarizə aparılır”, - deyə Çebotar bildirib.
Onun sözlərinə görə, Xmelnitski və Xersonda qovulan əməkdaşlar korrupsiyada, Çerniqov və Xarkovdakılar isə narkotika alverində ittiham olunaraq işdən qovulublar.
Çebotar bildirib ki, qovulanların əksəriyyəti yüksək rütbəli polislər olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !