Keçmiş futbol klubundan Mübariz Mənsimovu ittiham edən futbolçuya CAVAB

15:06 | 19.03.2020
Xəzər-Lənkəran futbol klubunun sabiq üzvü, rumıniyalı futbolçu Adrian Skarlate  hazırda barəsində Türkiyədə həbs  qəti imkan tədbiri seçilmiş azərbaycanlı milyarder Mübariz Mənsimov, onun qardaşı Mais Mənsimov və Xəzər-Lənkəran klubunun rəhbəri Tuyğun Nadirovu məhkəməyə verməyə hazırlaşır, o, bunu Futbol+ qəzetinə açıqlamasında bildirib. 

"FİFA və Azərbaycan ALİ Məhkəməsinin bu məsələdə qalib gəlməyim barədə qərarı var. Orda da 1 illik maaşımın ödənilməməsi ilə bağlı bənd var. Lakin son 4 ildə Mais Mənsimovla Tuyqun Nadirov Lənkərandan olan məhkəmə icraçıları ilə birləşərək saxta işlər görməkdədirlər. Onlar saxta sənədlərdən istifadə edərək bir neçə dəfə "Xəzər Lənkəran”ın prezidentinin və rəsmilərinin vəzifələrini dəyişiblər. Halbuki klub onlara məxsus idi və hazırda da elədir”.
 
Amma keçmiş "Xəzər - Lənkəran" klubunun mətbuat xidmətinin katibi Hüseyn Cəbrayıloğlu anews.az-a açıqlamasında bildirdi ki, rumıniyalı futbolçu Adrian Manuel Skarlatakenin borcunun bir qismi ödənilib. 

"Keçmiş futbolçunün iddialarına cavab olaraq bildirmək istəyirəm ki, onun şikayəti Azərbaycan məhkəmə orqanlarını mərhələli şəkildə 
 keçib və ən sonda qərar qəbul olunaraq borcunun bir qismi ödənilib. Klub fəaliyyətini 2016-cı ildə dayandırıb. Rəhbər işçiləri həmin il sponsor şirkətin digər bir qurumuna transfer olub. Ona görə də burada hansısa bir sənəd dəyişməsi və ya məhkəmə orqanlarının işçiləri ilə iş birliyi haqqında söz ola bilməz", deyə Hüseyn Cəbrayıloğlu vurğulayıb. 

O həmçinin qeyd etdi ki, Skarlatekinin sözləri  hüquq müstəvisində özünə qarşı işlənə bilər.
 

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM