20 general, 11 Milli Qəhrəman yetişdirən lisey... - Video

10:08 | 12.12.2021
20 general, 11 Milli Qəhrəman yetişdirən lisey... - Video

20 general, 11 Milli Qəhrəman yetişdirən lisey... - Video

Müdafiə Nazirliyi tərəfindən 12 dekabr - ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil olunub.

"Qafqazinfo” xəbər verir ki, mediatur zamanı nazirliyin rəsmisi, general-mayor Bəkir Orucov Liseyin yaranma tarixi, fəaliyyəti, təlim-tədris prosesi barədə məlumat verib.
General bildirib ki, Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıdakı 2 saylı səkkiz illik internat məktəbinin bazasında yaradılıb:

"1997-ci il noyabrın 24-də Ulu Öndərin Sərəncamı ilə məktəb Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılıb. Bu təhsil ocağının əsas hədəfi orduya savadlı, bacarıqlı və vətənpərvər zabitlər yetişdirməkdir.
Çalışırıq ki, gələcək kursantlar burda yaxşı təhsil alsınlar, intizamlı yetişsinlər və ali hərbi məktəblərdə təhsillərini uğurla davam etdirsinlər. Onları Vətən və xalq üçün bacarıqlı, vətənpərvər zabit kimi yetişdirmək Məsas vəzifəmizdir. müstəqilliyin bərpasından sonra hərbi liseyin məzunları ordu quruculuğunda, ərazi bütövlüyümüzün qorunmasında həmişə ön cəbhədə olublar”.

Məlumata görə, Hərbi Liseydən bu günə qədər 12 mindən çox kursan məzun olub. Məzunların 20-dən çoxu general rütbəsinə qədər yüksəlib. 11 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

General-mayor Bəkir Orucov bildirib ki, Hərbi Liseyin zabitləri 44 günlük Vətən Müharibəsində də böyük şücaət göstəriblər:
"Vətən Müharibəsində Hərbi Liseyin 60 nəfərlik zabit heyəti döyüş əməliyyatlarında iştirak edib. Onlardan üçü yaralanıb, mayor Asiman Əliyev isə şəhid olub. Liseyin məzunlarından 18 nəfər Vətən Müharibəsi Qəhrəmanı adı alıb”.

Daha sonra media nümayəndələri Hərbi Liseydə yerləşən tədris korpusları, tibb məntəqəsi, idman kompleksi, ideoloji iş otağı, kitabxana, kursant yataqxanası, üzgüçülük kompleksi və yeməkxanası ilə tanış olublar.
 











www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb