Yazıçı-dramaturq Tamara Vəliyevanın Qanlı 20 yanvar faciəsinə həsr olunmuş "Mənim ağ göyərçinim” əsəri əsasında hazırlanan eyniadlı tamaşa yanvar ayının 19-da saat 16.00-da göstəriləcək.
Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 yanvar şəhidlərinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. İlk və nakam məhəbbət haqqında iki hissəli səhnə əsərinin tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !