200-dən çox qəzalı binanın vəziyyəti təhlil edilir

14:38 | 12.12.2024
200-dən çox qəzalı binanın vəziyyəti təhlil edilir

200-dən çox qəzalı binanın vəziyyəti təhlil edilir

Bakıda iki yüzdən çox ünvanda yeddi mindən çox mənzilin vəziyyəti təhlil olunur.  Bunu jurnalistlərə açıqlamasında Dövlət Komitəsinin sədri Anar Quliyev deyib. 
 
"İki yüzdən çox ünvanda 7 mindən çox mənzilin vəziyyəti təhlil olunur. Son dövrdə təxminən onların yarısı demək olar təhlil olunub. Bir neçəsi ilə bağlı işlər təşkil olunub. İşlər dedikdə burda həm özəl sahibkarların, tikinti şirkətlərinin investor qismində cəlb olunması, həm də dövlət vəsaiti hesabına qəzalılığın aradan qaldırılması nəzərdə tutulur. Hazırda təxminən min mənzillə bağlı iş aparılır. Özəl qiymətləndiricilər dəvət olunub. Tezliklə ardıcıl olaraq bu məsələlər həll olunacaq", - sədr bildirib. 
 
Quliyev həmçinin vurğulayıb ki, bu prosesdə indiyə kimi 600 ailənin problemi həll olunub. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti