Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2013-cu ilin ən məhsuldar oyunçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, tərtib edilən cədvələ milli komanda və qitə kuboklarında üst-üstə 10 və daha çox qol vuran futbolçular düşüb. Siyahıya portuqaliyalı Kriştianu Ronaldo başçılıq edir. Yığmada 9 dəfə fərqlənən hücumçu Madridin “Real” klubunda 16 qol vurub. Ronaldonun ən yaxın izləyicisi Maldiv adalarından Əli Əşrəfdir. Millidə 14 dəfə qol sevinci yaşayan futbolçu yerli “New Radiant”da 9 dəfə rəqib qapısına yol tapıb. İlk “üçlüyü” isə tunisli İssam Cemaa qapayıb. O, 4 dəfə yığması ilə, 16 dəfə “Küveyt” (Küveyt) klubu ilə fərqlənib.Siyahıda ümumilikdə 30 futbolçunun adı yer alıb.Qeyd edək ki, ən yaxşı Azərbaycan təmsilçisi “Qarabağ”ın braziliyalı legioneri Reynaldondur. O, avrokuboklarda 5 qol vurub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !