ABŞ-ın Kino Tənqidçiləri Assosiasiyası (Broadcast Film Critics Association) “12 illik köləlik” filmini (12 Years a slave) 2013-cü ilin ən yaxşı filmi seçilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Stiv Makkuinin dramı 13 nominasiya üzrə mükafatlandırılıb. Filmin əsasında oğurlandıqdan sonra köləliyə məhkum edilən kişi, Salamon Nortapın avtobioqrafiyası dayanır.
2013-cü ilin ən yaxşı rejissoru “Qızıl qlobus” mükafatçısı olan meksikalı Alfonso Kuaron elmi-fantastik film olan “Qravitasiya” filminə görə seçilib. Assosiasiya ən yaxşı aktyor işi kimi Metyu Makkonaxinin “Alıcıların Dallas klubu” adlı filmində Ron Vudruf rolu seçilib ki, buna görə də aktyor artıq “Qızıl qlobus” alıb. Ən yaxşı aktrisa nominasiyasına görə Keyt Blanşet “Jasmin” filmindəki roluna görə seçilib. Bu nominasiyaya görə də aktrisa əvvəllər “Qızıl qlobus” alıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !