Azərbaycanda yeni zavod tikilir - FOTOLAR - VİDEO

11:46 | 16.01.2017
Azərbaycanda yeni zavod tikilir - FOTOLAR - VİDEO

Azərbaycanda yeni zavod tikilir - FOTOLAR - VİDEO

Bu gün Pirallahı adasında yeni dərman zavodunun təməlqoyma mərasimi keçirilib.

ANN.Az xəbər verir ki, "Caspian Pharmed" zavodunu İranla Azərbaycan birgə inşa edir.

Mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayev və İranın sosial rifah naziri Əli Rəbii iştirak edib. Layihənin məqsədi Azərbaycanda müasir əcazçılıq zavodunun yaradılmasıdır.  Zavodun səhmlərinin 49 faizi "Tpico" şirkətinə, 26 faizi "Azersun Holdinq"ə, 25 faizi isə Azərbaycan İqtisadiyyat nazirliyi nəzdində yaradılan "Azərbaycan İnvestisiya şirkəti"nə məxsusdur.
 
 
5 hektar ərazini əhatə edəcək zavodun tikintisi 3 mərhələdən ibarətdir. 1-ci mərhəldə həb və kapsul, ikinci mərhələdə ampula və flakon, üçüncü mərhələdə isə antibiotik dərman istehsalı nəzərdə tutulub.
 
 

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM