Bakıda VAĞZAL işçiləri ilə DAVA - Bilet satışına görə.
Bakıda avtokassada bilet satışına süni maneə yaradılıb.
ANN.Az report-a istinadən xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində bir qrup şəxs avtobus sürücülərinə sərnişin sayına görə bilet satışının həyata keçirilməsinin qarşısını almağa çalışıb. Onlar avtokassanın işçiləri ilə əlbəyaxa dava edib. Həmin şəxslərin iddiasına görə biletlər qanunsuz satılır.
Əraziyə polis işçiləri dəvət olunub. Bilet satışı işinə maneə törədən şəxslər Qaradağ Rayon Polis İdarəsinə aparılıb.
Kassanın rəhbəri bildirib ki, 2000-ci ildən burada fəaliyyət göstərirlər. Son iki gündür ki, özlərini təqdim etməyən naməlum şəxslər bilet satanlara qarşı qol gücündən istifadə edirlər. Bununla bağlı Qaradağ Rayon Polis İdarəsinə rəsmi müraciət edilib.
İdarədən bildirilib ki, suni əngəl yaradan şəxslərin izahatı alınıb. Araşdırma aparılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !