Milli Məclisin plenar iclası başlayıb

12:07 | 31.05.2017
Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin plenar iclası başlayıb

İclasın gündəliyinə 38 məsələ daxildir

Azərbaycan Milli Məclisinin (MM) yaz sessiyasının sonuncu plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, MM sədri Oqtay Əəsdovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 38 məsələ daxildir.

Belə ki, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi (3-cü oxunuşda), "Diplomatik xidmət haqqında”, "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında”, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, "Vətəndaşlıq haqında”, "Veteranlar haqqında”, "Büdcə sistemi haqqında”; "Publik hüquqi şəxslər haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə olunacaq.

Bundan başqa, Cəzaların icrası Məcəlləsinə, Cinayət Məcəlləsinə, Əmək Məcəlləsində dəyişiklik layihələrinə də baxılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM