Şəkidə mənzil növbəsinə duran 105 şəhid ailəsindən yalnız 1 nəfər evlə təmin olunub- Deputat-VİDEO

14:47 | 21.06.2024
Şəkidə mənzil növbəsinə duran 105 şəhid ailəsindən yalnız 1 nəfər evlə təmin olunub- Deputat-VİDEO

Şəkidə mənzil növbəsinə duran 105 şəhid ailəsindən yalnız 1 nəfər evlə təmin olunub- Deputat-VİDEO

2020-ci ildən bu yana Şəkidə mənzil növbəsinə duran 105 şəhid ailəsindən yalnız 1 nəfər evlə təmin olunub. Bunu deputat Əli Məsimli deyib. 


"Hazırda mənzil növbəsində duran 4600 nəfər var. Bu prosesi 2025-ci ilin sonuna kimi yekunlaşdıra bilərik. Regionalarda bu məsələ sürətlənməlidir. Şəkidə mənzil növbəsində duran 105 şəhid ailəsindən yalnız 1 nəfər evlə təmin olunub. Nəzərə alsaq ki, onlar yoxsul ailələrdir, ikinci dəfə onların evinə getməyə üzümüz olsun deyə bu prosesi regionalar üzrə diqqətdə saxlasaq daha yaxşı nəticələr əldə edə bilərik”, - deputat iyunun 21-də "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən söyləyib. 


Deputat vurğulayıb ki, Şəkidə birinci və ikinci Qarabağ müharibəsindən olan 337 şəhid var. Onlardan biri hələ itkindir. 208 nəfəri qazidir, onların da 83 nəfəri İkinci Vətən Müharibəsi qazisidir.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM