Əməkdar artist vəfat etdi

23:45 | 20.12.2021
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elşən Çarhanlı vəfat edib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə həmin teatrın aktyoru Əməkdar artist Nofəl Vəliyev məlumat paylaşıb.

O bildirib ki, E.Çarhanlı bu gün axşam saatlarında qəflətən dünyasını dəyişib.

N.Vəliyev əlavə edib ki, ötən ilin dekabrın 14-də aktyorun həyat yoldaşı vəfat edib.

Qeyd edək ki, Elşən Çarhanlı 7 mart 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunub. Aktyor 27 may 2018-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM