AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv ediləcək.
Bunu AFFA-nın yeni baş katibi Sərxan Hacıyev deyib.
O bildirib ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov mayın 1-dən Fransanın paytaxtı Parisdə FIFA-dakı yeni işinə başlayacaq. Bu səbəbdən də E.Məmmədov Elşad Nəsirov, Rauf Əliyev və Vaqif Sadıqov kimi ictimai əsaslarla vitse-prezident işləyəcək və AFFA-dan maaş almayacaq.
AFFA-nın növbəti İcraiyyə Komitəsinin iclasında baş katibin vəzifələri tam dəqiqliklə müəyyənləşdiriləcək və icraçı vitse-prezident vəzifəsi rəsmən ləğv olunacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !