2023-cü il iyirmi nəfər hərbi xidmətdən yayınmağa cəhd edib - Rəsmi

12:21 | 22.01.2024
2023-cü il iyirmi nəfər hərbi xidmətdən yayınmağa cəhd edib - Rəsmi

2023-cü il iyirmi nəfər hərbi xidmətdən yayınmağa cəhd edib - Rəsmi

2023-cü il iyirmi nəfər hərbi xidmətə çağrışdan boyun qaçırıb. Bu barədə  Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən prokurorluq orqanlarına 2023-cü il ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı daxil olmuş materiallar əsasında araşdırma aparılıb. Faktlarla bağlı 20 halda Cinayət Məcəlləsinin 321.1 və 321.2-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaq aparılıb, həmin işlərdən 6-sı baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə isə ibtidai istintaq davam etdirilir. Hazırkı vaxtda 125 nəfərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi üçün SHXÇDX-nin müvafiq idarə və şöbələrinin sərəncamına verilmələri təmin edilib, digər materiallar üzrə isə araşdırmalar davam etdirilir", - məlumatda deyilir. 
 
İki qurumun açıqlamasında bildirilib ki, müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM