Son 3 ildə Azərbaycanda qəzalı məktəblərin sayı 30% aşağı düşərək 654 məktəb qədər azaldılıb. Bunu Elm və Təhsil naziri Emin Əmrullayev deyib.
"Son 3 ildə 275 yeni məktəb tikilib və qəzalı məktəblərin sayı 30% azalıb. Cəmi qəzalı məktəblərin sayı isə 654 təşkil edir", - Emin Əmrullayev çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə , 2023-24-cü tədrisilində məktəbkərdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir.
Bu il 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb. Ümumilikdə 318 dərslik çap olunub.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !