Prezident Fərman imzaladı

17:02 | 24.10.2023
Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

Azərbaycanda  icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5 faiz, 2024-cü ilin sonuna isə 24 faiz müəyyən edilib. Bu barədə Prezdientin oktyabrın 24-də imzaladığı fərmanda qeyd olunub. 
 
Fərmanda həmçinin dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 30 faiz müəyyən edilib.

Bu məsələlərin icrası ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib.  
 
İqtisadçı Natiq Cəfərli qeyd edir ki, fərmanın əsas məqsədi hökumətin qeyri-neft sektoruna stimullaşdırıcı addımlar atılmasına təşviq etməkdir.

"Bu fərmanın göstəricisi ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan vermək üçün hökumətə müəyyən çərçivələr müəyyənləşdirilir. Qeyri- neft sektorunun ÜDM-də olan payının faiz nisbətini müəyyənləşdirir ki, orta müddətdə bu 17% olmalıdı, lakin 2024-cü ildə indiki vəziyyət nəzərə alaraq bu 24% ola bilər.Prezidentin bu fərmanı ilə hökumət qarşısında məqsəd və vəzifə qoyulur ki, büdcə kəsirinin ümumdaxil məhsulda qeyri-neft sektorunun payı gələcəkdə orta müddətli perspektivdə 17%-dən çox olmasın. Yəqin ki, orta müddətli deyəndə yaxın 5 il nəzərdə tutulur. Lakin gələn il üçün bu 24 % ola bilər. Fərmanın əsas məqsədi hökumətin qeyri-neft sektoruna stimullaşdırıcı addımlar atılmasına təşviq etməkdir. Yəni bu yöndə onların çalışmalarını sürətləndirməyə tapşırıqdır", - iqtisadçı əlavə edib.
 
Aygün Mirakif
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM