Məhsul həcminə görə Azərbaycan MDB-də ilk üçlükdədir - Deputat

14:14 | 12.10.2023
Məhsul həcminə görə Azərbaycan MDB-də ilk üçlükdədir - Deputat

Məhsul həcminə görə Azərbaycan MDB-də ilk üçlükdədir - Deputat

Azərbaycan ümumi daxili məhsulun həcminə görə MDB ölkələri arasında ilk üçlükdə yer alıb. Bunu deputat Vüqar Bayramov deyib. 
 
"Dünyada məhsul həcminə görə Azərbaycan ilk 10-luq ölkələr arasındadır. MBD-də isə ilk üçlükdəyik. İqtisadi gücümüz hərbi potensialımızı artırmağa dakömək edib. Bərpa və yenidənqurmaya imkan yaradıb. Son 3 ildə Qarabağ və Şərqi Zəngəzura 12 milyard manat ayrılıb.Milli Təhlükəsizlik bağlı xərclər də ümumi gəlirlərin 4/1 təşkil edir. Həmçinin büdcə gəlirlərin 45% sosial təminatlar üçün ayrılıb", - Bayramov oktyabrın 12-də Milli Məclisdə İlham Əliyevin Prezident seçilməsinin 20 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.  
 
2023-cü ilin doqquz ayında Azərbaycanda 90 milyard 812,5 milyon manatlıq manatlıq ümumi daxil məhsul istehsal olunub.  
 

 
Gülnar Nazimqızı 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM