2024-cü ildə Avropada enerji böhranı yarana bilər. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 31-də Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq strateji əhəmiyyəti var.
"Bizim bu sahədəki əməkdaşlığımız ancaq iki ölkəni maraqlandırmır. Bu, qlobal əhəmiyyətli məsələdir”,- nazir vurğulayıb.
İyunun sonunda Norveçin ticarət və sənaye naziri Yan Kristian Vestre bildirib ki, Avropada qaz böhranı aradan qalxmayıb və bitməkdən çox uzaqdır. Bundan əlavə, hər hansı bir proqnoz hələ də mümkün deyil.
Məlumatda bildirilir ki, soyuq qış qaz bazarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bundan əlavə, LNG tədarükü hazırkı səviyyədə qalsa, 2024-cü ilin martın sonuna qədər anbarlar 25% dolu olacaq. Yanacağın tədarükündə fasilələr olarsa, o zaman bu rəqəm 20%-dən aşağı düşə bilər. Bütün bunlar Avropada qazın qiymətinin növbəti dəfə artmasına səbəb ola bilər.
Daha əvvəl bildirilirdi ki, Aİ-nin özü enerji böhranını daha da gücləndirir, qaranlığa və yoxsulluğa qərq olur.
Aytac Zeynalova
Daha əvvəl bildirilirdi ki, Aİ-nin özü enerji böhranını daha da gücləndirir, qaranlığa və yoxsulluğa qərq olur.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !