Vatsapda yeni funksiya

19:56 | 12.06.2024
Vatsapda yeni funksiya

Vatsapda yeni funksiya

Vatsap tərtibatçıları sosial şəbəkədə istifadəçi profillərinin skrinşotlarının yaradılmasının qarşısını alan yeni funksiya tətbiq ediblər.Bu barədə "WABetaInfo” portalı məlumat yayıb.

Hələlik yenilik yalnız iPhone üçün 24.10.10.70 nömrəsi altında vatsapın beta versiyasında işləyir. Tətbiqin bu versiyasının istifadəçiləri başqasının profilinin skrinşotunu çəkməyə çalışarkən indi bu hərəkətin qadağan olunduğu barədə xəbərdarlıq görürlər.

"Skrinşot bloklanıb. Vatsap istifadəçilərinin məxfiliyini qorumaq üçün bu skrinşot bloklanıb”, – bildirişdə deyilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb