Azərbaycana gələn turistlərin sayı artıb

16:27 | 13.06.2024
Azərbaycana gələn turistlərin sayı artıb

Azərbaycana gələn turistlərin sayı artıb

2024-cü ilin yanvar-mayında dünyanın 179 ölkəsindən Azərbaycana 965,6 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,4% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesbatında qeyd olunub.
 
Gələnlərin 69,9%-i kişilər, 30,15-i qadınlardır.
 
Hesabat dövründə Çindən gələnlərin sayı Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan - 2,6 dəfə, Cənubi Koreyadan - 2,2 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Filippindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Tacikistandan - 1,7 dəfə, Qırğızıstandan - 1,7 dəfə, Bəhreyndən - 1,7 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə, Türkmənistandan - 42,6%, Pakistandan - 42,4 %, İtaliyadan - 42,4 %, Küveytdən - 41,2%, Yəməndən - 39,7 %, İordaniyadan - 36,0%, Misirdən - 33,5%, Polşadan - 33,4 %, Almaniyadan - 25,2 %, Ukraynadan - 23,3%, Türkiyədən - 23,1%, Özbəkistandan - 23,0 %, Rusiya Federasiyasından - 20,3 %, ABŞ-dan - 19,5 %, Fransadan - 15,9%, Gürcüstandan - 12,4%, Birləşmiş Ərəb Əmirliklərindən - 12,0 % artıb.
 
Eyni zamanda körfəz ölkələrindən gələnlərin sayı 156,3 min (1,5 dəfə artım), Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,9 min nəfər (31,1 % artım), MDB ölkələrindən gələnlərin sayı 367,8 min nəfər(24% artım) olub.
 
Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib ki, 2024-cü ildə 2 milyon 900 min turistin Azərbaycana gəlməsi planlaşdırılır.

2027-ci ilə qədər turizmin inkişafına dair "yol xəritəsi”nin icrası Rusiya Federasiyası və Azərbaycanın qarşılıqlı turist axınını 40% artıracaq. 
 
2023-cü ildə qarşılıqlı turist səfərlərinin sayı 1,5 dəfə artıb. Azərbaycana 475,6 min Rusiya vətəndaşı, 258,6 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib.
 
Aygün 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM