Şuşada beynəlxalq konfrans keçirilir

09:27 | 15.06.2024
Şuşada beynəlxalq konfrans keçirilir

Şuşada beynəlxalq konfrans keçirilir

İyunun 15-də Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilir.

"Qafqazinfo” xəbər verir ki, beynəlxalq konfransda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin hakim partiya rəhbərləri də daxil olmaqla, 300-dək qonaq iştirak edir.

Beynəlxalq konfrans çərçivəsində "Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə”, "Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” və "Türk Dünyası-2040: gələcəyə konseptual baxış” mövzularında üç plenar sessiya təşkil ediləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM