ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

18:13 | 26.06.2024
ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iyunun 27-29-da Bakı (Azərbaycan) və Dubrovnikdə (Xorvatiya) səfərdə olacaq.Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

ABŞ dövlət katibinin köməkçisi Azərbaycanın yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşərək ikitərəfli əlaqələrdəki irəliləyiş və Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşması istiqamətində ABŞ-ın dəstəyini müzakirə edəcək.

Dövlət katibinin köməkçisi daha sonra Xorvatiyanın Dubrovnik şəhərinə səfər edəcək. Dubrovnik şəhərində keçirilən forumda amerikalı diplomat Avropa tərəfdaşları və müttəfiqləri ilə Qərbi Balkanların Avro-Atlantik inteqrasiyasını müzakirə edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM