Ədliyyə Nazirliyində yeni təyinat

15:33 | 03.07.2024
Ədliyyə Nazirliyində yeni təyinat

Ədliyyə Nazirliyində yeni təyinat

Ali Məhkəmənin daha bir hakimi  Vidadi Məmmədov Ədliyyə Nazirliyində yüksək vəzifəyə  təyin edilib. Bu barədə Ədliyyə Nazirliyindən 
"Qafqazinfo”ya bildirilib. 

Nazir Fərid Əhmədovun əmri ilə Vidadi Məmmədov nazirliyin İcra xidmətinin rəisi təyin edilib.

Təyinatı ilə bağlı Məmmədovun hakimlik fəaliyyətinə xitam verilib.

Vidadi Məmmədov 2022-ci ildən bu vəzifəyə təyin olunanadək Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi vəzifəsində çalışıb. O,  Prezidentin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, bu yaxınlarda Ali Məhkəmənin hakimi Abiddin Hüseynov ədliyyə nazirinin müavini təyin edilmişdi.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti