Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla regional məsələləri müzakirə edib.Bu barədə diplomat özünün sosial media hesabında paylaşım edib.
"Şuşada keçirilən Türk Dövlətlərin Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının İclasından öncə qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanla müttəfiqlik, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında faydalı fikir mübadiləsi apardıq", – o qeyd edib.
Xarici İşlər Nazirliyin sosial şəbəkə hesabında isə görüşdə "qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan müttəfiq Azərbaycan-Türkiyə əməkdaşlığından irəli gələn məsələlər, müxtəlif təşkilatlar və formatlar çərçivəsində regional və beynəlxalq əməkdaşlıq, qlobal təhlükəsizlik çağırışları və məsələlərinin hərtərəfli müzakirə olunduğu” bildirilib.
"Tərəflər türk dünyasında əməkdaşlığın genişləndirilməsi, müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, iqlim dəyişikliyi ilə mübarizə və s. sahələrdə mövcud imkanlardan bəhrələnmək üçün TDT-nin gücləndirilməsinin vacibliyini təsdiqləyiblər”, – məlumatda diqqətə çatdırılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !