Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Lakin dekabrın 31-də Lənkəran-Astara zonasında intensiv xarakterli yağış yağıb.Düşən yağıntının miqdarı Astarada 40 mm, Lənkəranda 18 mm-dək olub.
Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !